Özbəkistanda toylar nəzarətə götürülür - Şok qadağalar

Özbəkistanda toylar nəzarətə götürülür -
Özbəkistan parlamenti ölkədə toy və digər tədbirlərin keçirilməsi qaydalarını təsdiqləyib.

Kult.az xəbər verir ki, bu barədə “Azadlıq radiosu” məlumat yayıb.

Yeni qaydaya əsasən, bu cür mərasimlər yalnız 06:00-dan 23:00-a qədər baş tuta bilər. Bununla belə, özbək hökuməti tədbirlərin bir neçə gün müddətə uzadılmasını da qadağan edib.

Məhdudiyyətlər təkcə tədbirlərlə bağlı yox, həmçinin qonaqlarla bağlı tətbiq edilib. Belə ki, toy tədbirində 200-dən çox şəxs iştirak edə bilməz, eləcə də ikili toy tədbirlərində (oğlan-qız toyu birgə olduqda) qonaqların sayı ən çox 250 ola bilər.

Eləcə də toy karvanında 3 avtomobildən çox minik vasitəsinin istifadəsi qadağan olunub.

Toy sahibləri öz tədbirlərinə 2 müğənni və musiqi qrupundan çox ifaçı dəvət etməsi də qadağalar siyahısında yer alıb.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
82 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...