Nazirlərlə bağlı dəyişikliklər ola bilər - Əli Əsədovun verəcəyi TƏKLİFLƏR...

Nazirlərlə bağlı dəyişikliklər ola bilər -
2018-ci ilin aprelindən Nazirlər Kabinetinə rəhbərlik etməyə başlayan Novruz Məmmədov il yarımdan sonra istefa verdi. Prezident onun istefa ərizəsini qəbul edib və Baş nazir postuna özünün iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovu gətirib.

Əli Əsədovun Baş nazir təyin olunması növbəti kadr islahatlarından biri kimi qiymətləndirilə bilərmi? Digər sahələrdə də islahatlara ehtiyac varmı? Yeni Baş nazir hökumətdə kiminsə dəyişməsini təklif edəcəkmi?

Milli Məclisin deputatı Vahid Əhmədov Modern.az-a mövzu barədə danışarkən deyib ki, ölkədə 1 ilə yaxındır ki, ciddi kadr islahatı aparılır:

“Azərbaycanda 1 ilə yaxındır ki, çox ciddi kadr islahatları, iqtisadi və siyasi islahatlar həyata keçirilir. Yeni Baş nazir təyin olunub. Güman ki, onun də cənab Prezidentə müəyyən təklifləri olacaq. Kadr islahatlarını cənab Prezident aparır. Kimin dəyişməsindən, Baş nazir olmasından asılı olmayaraq bütün islahatlara rəhbərliyi cənab Prezident edir. Ola bilsin ki, Baş nazirin müəyyən təklifləri olsun. Dəyişikliklərə münasibəti də cənab Prezident özü bildirəcək”.

Vahid Əhmədovun sözlərinə görə, nazirlərlə bağlı da dəyişikliklər ola bilər:

“Nazirlər arasında kadr islahatlarının aparılması cənab Prezidentin mövqeyindən asılıdır. Ola bilər ki, Baş nazirin nazirlərlə bağlı təklifləri olsun. Ancaq həmin təkliflərin qəbul edilib-edilməyəcəyi cənab Prezidentin səlahiyyətində olan məsələlərdir. İndi Baş nazir ölkə iqtisadiyyatına, Nazirlər Kabinetinə cavabdeh bir şəxsdir. Əgər iqtisadiyyatımızın daha da ciddi inkişaf etməsini, Prezidentin başlatdığı islahatların daha önəmli olmasını və əhaliyə çatdırılmasını istəyiriksə, bu zaman mütləq müəyyən dəyişikliklərə getməyə ehtiyac var”.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
94 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...