Prezidentlərin Bakı görüşündən - FOTOLAR

Prezidentlərin Bakı görüşündən -

Oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib.

Gundeminfo.az xəbər verir ki, əvvəlcə dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.

Azərbaycan Prezidenti İlham Əliyev Zirvə Görüşünü açaraq dövlət və hökumət başçılarını salamlayıb.

Sonra Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov çıxış edib. Prezident çıxışında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyin Azərbaycana keçdiyini deyib.

Prezident İlham Əliyev Zirvə Görüşündə çıxış edib. Sonra dövlət başçısı “Türk dünyasının Ali Ordeni”ni Qazaxıstan Respublikasının birinci Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayevə təqdim edib.

Zirvə Görüşündə Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Macarıstanın Baş Naziri Viktor Orban, Türkmənistan Baş Nazirinin müavini Purli Aqamuradov, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev çıxış ediblər.

Sonra növbəti Zirvə Görüşünün Türkiyə Respublikasında keçirilməsi qərara alınıb.

Daha sonra sənədlərin imzalanması mərasimi olub.

İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünə yekun vurub.


Prezidentlərin Bakı görüşündən -
Prezidentlərin Bakı görüşündən -
Prezidentlərin Bakı görüşündən -
Prezidentlərin Bakı görüşündən -
Prezidentlərin Bakı görüşündən -
Prezidentlərin Bakı görüşündən -
Prezidentlərin Bakı görüşündən -
Prezidentlərin Bakı görüşündən -
Prezidentlərin Bakı görüşündən -
Prezidentlərin Bakı görüşündən -
Prezidentlərin Bakı görüşündən -
Prezidentlərin Bakı görüşündən -
Prezidentlərin Bakı görüşündən -
Prezidentlərin Bakı görüşündən -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
413 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...