Messi 6-cı dəfə “Qızıl buts” alıb

Messi 6-cı dəfə “Qızıl buts” alıb


İspaniyanın “Barselona” klubunun argentinalı futbolçusu Lionel Messi “Qızıl buts” mükafatını alıb.

Gundeminfo.az-ın məlumatına görə, UEFA-ya üzv olan ölkələrin çempionatlarının ən yaxşı bombardiri üçün təsis olunan mükafat cənubi amerikalıya təqdim edilib.

2018/19 mövsümündə La Liqada 36 qol vuran L.Messi 72 xal toplayıb. 32 yaşlı argentinalı bunu 34 matçda gerçəkləşdirib.

L.Messi karyerasında 6-cı dəfə bu mükafata sahib çıxıb. O, 2009/10, 2011/12, 2012/13, 2016/17 və 2017/18 mövsümlərində də bu uğura imza atıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
276 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...