Bələdiyyə seçkilərinin TARİXİ açıqlandı

Bələdiyyə seçkilərinin TARİXİ açıqlandı

Azərbaycanda bələdiyyə seçkilərinin tarixi müəyyən edilib.

Trend-in məlumatına görə, bununla bağlı bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında bildirilib.

İclasa sədrlik edən MSK sədri Məzahir Pənahov vurğulayıb ki, ötən bələdiyyə seçkiləri 2014-cü il dekabrın 23-də baş tutub və bu ilin dekabr ayının 23-də bələdiyyə üzvlərinin səlahiyyətləri başa çatır.

M.Pənahov bu il bələdiyyə seçkilərinin dekabrın 23-də keçirilməsini məqsədəuyğun hesab etdiyini vurğulayaraq təklifi səsə qoyub.

Təklif MSK üzvləri tərəfindən yekdilliklə qəbul edilib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
89 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...