Sərxoş kişi mollanı axtarırdı, məscidi yandırdı

Sərxoş kişi mollanı axtarırdı, məscidi yandırdı

Başqırdıstanın paytaxtı Ufa şəhərində mollanı axtaran şəxs təsadüfən məscidi yandırıb.

Gundeminfo.az bildirir ki, bu barədə RİA “Novosti”yə Rusiya Daxili İşlər Nazirliyinin Başqırdıstan Respublikasındakı mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, “Həmzə” məscidində baş verən yanğından sonra polislər 39 yaşlı yerli sakini şübhəli şəxs qismində saxlayıblar. Saxlanılan şəxsin ifadəsindən məlum olub ki, hadisə zamanı o, sərxoş olub. O, məscidin qapısının açıq olduğunu görüb, kibriti yandıraraq qaranlıq otaqda mollanı axtarıb. Lakin mollanı tapa bilmədikdən sonra yanan kibriti yerə atıb. Nəticədə məsciddə yanğın baş verib.

Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
281 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...