Deputata məxsus olduğu iddia edilən şirkət cərimələndi – 10 min manat

Deputata məxsus olduğu iddia edilən şirkət cərimələndi –

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası Milli Məclisin deputatı Xanlar Fətiyevin biznes şəbəkəsinə aid olduğu iddia edilən “Aznur Trade” Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) cərimə edib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət Belarus istehsalı geniş çeşidli qida məhsullarının satışı ilə məşğul olan “Belarusskiy” ticarət şəbəkəsinin idarəçisidir.

Cərimənin səbəbi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasıdır.

Nərimanov Rayon Məhkəməsi İnzibati Xətalar Məcəlləsinin 430-cu (Valyuta tənzimi qaydalarının pozulması) maddəsinin 4-cü bəndini əsas tutaraq şirkətlə bağlı 5200 avro cərimə qərarı çıxarıb. Şirkət qərardan şikayət verib.

Xatırladaq ki, şirkət bir müddət əvvəl də eyni inzibati xətaya görə cərimə edilib.

Qeyd edək ki, deputat Xanlar Fətiyev 2004-cü ildən Gəncə Avtomobil Zavodunun direktorudur. Onun ölkə xaricində (Avropa dövlətləri, Rusiya, Avstraliya, Gürcüstan, Özbəkistan, Belarus və s.) avtomobil, turizm, qida sahələri də daxil olmaqla çoxsaylı biznesə malik olması barədə məlumatlar var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
320 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...