Sərdar Ortaç yenə qumarda sərvət uduzdu

Sərdar Ortaç yenə qumarda sərvət uduzdu
Müğənni Sərdar Ortaç "ən böyük peşmanlığım" adlandırdığı qumar aludəçiliyindən əl çəkə bilmir.

“Yeni Sabah” Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçının ötən ay konsert verdiyi otelin kazinosunda qumar oynadığı və 120 min dollar (204 min manat) uduzduğu iddia edilir.

İfaçı bundan əvvəl də qumar borclarını ödədiyi üçün əlində təkcə bir evinin qaldığını açıqlamışdı.

Qeyd edək ki, bu ilin avqust ayında 5 illik evliliyini sonlandıran müğənninin yenidən qumara başlamasında bu boşanmanın da rolu olduğu deyilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
201 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...