Dünyanın gözəl şəhəri belə məhv olur - FOTO

Dünyanın gözəl şəhəri belə məhv olur -

İtaliyanın Venesiya şəhərində suyun səviyyəsi kritik həddə çataraq 183 sm-ə qalxıb.

Qaynarinfo.az xəbər verir ki, artıq şəhərin 80%-i su altında qalıb. Yerli rəhbərlik fövqəladə vəziyyət elan etməyə hazırlaşır.

Yalnız Müqəddəs Mark meydanında su bir metrdən yuxarı qalxıb. Eyni adlı kafedralı da su basıb. Şəhərin memarlıq və tarixi irsi ciddi təhlükə ilə üz-üzə qalıb. Ancaq təbii fəlakətdən müdafiə olunmaq üçün heç bir yol yoxdur.

Su, demək olar ki, 1996-cı ildə qeydə alınan 190 sm rekord səviyyəsinə qalxıb. O zaman təkcə Venesiyanı deyil, Florensiya da daxil olmaqla İtaliyanın digər şəhərlərini də su basmışdı. Bu dəfə sel təkcə "suyun yüksəklməsi" fenomeni ilə deyil, həm də güclü yağıntı və dənizdən əsən güclü küləklə müşayiət olunur.

Venesiya meri Luici Bruniaro ANSA-ya deyib: "Biz həqiqi bir fəlakətlə üzləşmişik, zərərin qarşısını almaq da mümkün deyil”.

Yerli sakinlərə xüsusi ehtiyac olmadan çölə çıxmamaq tövsiyə olunub.

Dünyanın gözəl şəhəri belə məhv olur -
Dünyanın gözəl şəhəri belə məhv olur -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
309 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...