Emoməli Rəhmon yenidən Nobelə namizəd oldu

Emoməli Rəhmon yenidən Nobelə namizəd oldu


Tacikistan Prezidenti Emoməli Rəhmon dördüncü dəfə Nobel mükafatına namizəd olub.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Tacikistan Prezidenti yanında Dövlət İdarəçilik İnstitutunda Prezident Günü münasibətilə təşkil olunmuş tədbirdə üçüncü kurs tələbəsi Zarina Saidova və Beynəlxalq münasibətlər fakültəsinin dekan müavini A. Bobozoda Emoməli Rəhmonu “Millət Liderinin görkəmli xidmətlərinə görə” Nobel Sülh Mükafatına namizəd göstəriblər.

1999-cu ildə Rahmon müharibəni bitirdiyinə görə Nobel Sülh mükafatına namizəd olub. Sonra rəsmi mətbuat genişmiqyaslı kampaniya başladıb, lakin Nobel Komitəsi Tacikistan Prezidentinin namizədliyini nəzərə almayıb.

2016-cı ildə keçmiş meliorasiya naziri Hikmətullo Nəsriddinov Emoməli Rəhmonun Nobel mükafatına namizədliyinin irəli sürməsini və Düşənbənin mərkəzində onun abidəsini ucaltmağı təklif edib.

2018-ci ildə isə özbək diasporu Tacikistan və Özbəkistan prezidentləri Emoməli Rəhmon və Şavkat Mirziyoyevin iki ölkə arasındakı soyuq müharibəyə son qoyulmasında göstərdikləri xidmətlərlə əlaqədar Nobel mükafatına namizəd göstərilmələri üçün imzatoplama kampaniyası keçirib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
39 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...