Fars-molla rejimi QORXU İÇİNDƏ - "Traktor"un oyunu ləğv olundu

Fars-molla rejimi QORXU İÇİNDƏ -

Ötən günlərdə benzinin bahalaşması ilə İran və Güney Azərbaycan şəhərlərində başlayan kütləvi etiraz aksiyaları hələ də səngiməyib.

Teleqraf.com xəbər verir ki, İran hakimiyyəti nümayişlərin qarşısını almaq üçün tədbirlər görməyə davam edir.

Məlumata görə, tədbirlər planı çərçivəsində Güney Azərbaycanın “Traktor-Azərbaycan” futbol klubunun iki gün sonra Təbrizdə keçirəcəyi görüş ləğv olunub. Bu barədə İran Futbol Federasiyası qərar verib.

“Traktor”-“Şəhri Xodro” görüşünün hansı tarixdə keçiriləcəyi bildirilməyib.

Federasiyadan görüşün ləğv edilməsi qərarı oyunun baş tutması üçün uyğun şəraitin olmaması ilə izah edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
319 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...