İlham Əliyev Sumqayıtda

İlham Əliyev Sumqayıtda

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt şəhərində səfərdə olub.

“Gundeminfo” xəbər verir ki, dövlət başçısı ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıtda görülən işlər haqqında məlumat verib.

Prezident müvafiq tapşırıqlarını verib.

***

İlham Əliyev daha sonra Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib.

Dövlət başçısı tədbirdə geniş nitq söyləyib.

Sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, “Şöhrət” ordenli Əməkdar müəllim Ofeliya Babayeva, “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov, 1 nömrəli poliklinikanın baş həkimi Arzu Bəndəliyeva, Əməkdar inşaatçı Maqsud Maqsudov, Sumqayıt Dövlət Dram Teatrının aktyoru Cəlal Məmmədov çıxış ediblər.

***

Prezident Sumqayıtda “Nizami” kinoteatrının yeni binasının açılışında iştirak edib.

Dövlət başçısı kinoteatrın binasının rəmzi açılışını bildirən lenti kəsib.

***
İlham Əliyev eyni zamanda şəhərdə Muğam Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
253 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...