Məmurların xaricdə 6007 daşınmaz əmlakı tapıldı

Məmurların xaricdə 6007 daşınmaz əmlakı tapıldı

Azərbaycan rusiyalı məmurların daşınmaz əmlak aldıqları 75 ölkədən biridir.

"Gundeminfo" bildirir ki, bu barədə Rusiya KİV-ləri yazıb.

Məlumata görə, rusiyalı məmurların təqdim etdiyi 277 194 əmlak bəyannaməsi analiz edilib və onların 75 ölkədə 6007 daşınmaz əmlakı tapılıb.

Maraqlıdır ki, siyahıda rusiyalı məmurların adına Azərbaycanda 5 daşınmaz əmlak aşkar olunub. Bu əmlakların 2-si məmurların şəxsi mülkiyyəti, 3 əmlak isə Rusiya dövləti tərəfindən müvəqqəti istifadəyə verilib. Siyahıdakı əmlak sahibləri daha çox Rusiyanın ayrı-ayrı ölkələrdəki ticarət nümayəndələridir. Ən çox daşınmaz əmlak Qazaxıstanda (688), Ermənistanda (624), Belarusda (573), Tacikistanda (559) və Bolqarıstanda (537) qeydiyyatdan keçib. /Modern.az

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
87 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...