Yunanıstanın baş naziri Türkiyəni HƏDƏLƏDİ

Yunanıstanın baş naziri Türkiyəni
Yunanıstanın Baş naziri Kiriakos Miçotakis Türkiyəni təhdid edib.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, baş nazir ABŞ prezidenti Trampla görüşdə Türkiyəyə qarşı sərt mövqe sərgiləyib. Belə ki, Ankara ilə Liviya arasında Şərqi Aralıq dənizi mövqeyindəki səlahiyyətləri genişləndirən anlaşma Yunanıstan tərəfini narahat edir.

Baş nazir K.Miçotakis Trampa Türkiyə tərəfinin Yunanıstanı ciddiyə almayacağı təqdirdə hərbi güclə cavab verəcəklərini bildirib.

ABŞ Xarici işlər Naziri Mayk Pompeo isə Yunanıstanın Türkiyə ilə münasibətləri pisləşərsə ABŞ tərəfinin bu məsələyə qarşımayacağını və yardım etməyəcəyini deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
215 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...