Erməni konfetini Bakıda satan kimdir? – FOTO

Erməni konfetini Bakıda satan kimdir? –

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi hazırda marketlərdə aşkarlanan İrəvan istehsalı olan konfetlərlə bağlı araşdırma aparır. Bu istiqamətdə tədbirlər yekunlaşdıqdan sonra ictimaiyyətə açıqlama veriləcək.

Bu barədə Axar.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

“Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir. Araşdırma yekunlaşan kimi nəticəsi barədə məlumat yayılacaq”, - agentlikdən bildirilib.

Mövzunu saytımıza şərh edən Azad İstehlakçılar İctimai Birliyinin sədri, ekspert Eyyub Hüseynov isə hesab edir ki, Azərbaycanda açıq şəkildə satışa çıxarılan İrəvan məhsulunu ölkəyə gətirən firma səhvə yol verə bilməz:

“Bu məhsulu ölkəyə gətirən firma səhv etdiyini deyə bilməz. Çünki hər bir şirkətlə məhsuluna dair müqavilə imzalanır. O şirkətlə müqavilə yoxdursa, firma onun məhsulunu ölkəyə gətirə bilməz.

Bu, bəzi hallarda ayrı-ayrı şəxslərin Rusiyadan ölkəyə hansısa formada gətirdiyi məhsullar olur ki, üzərindəki etiketə, haranın istehsalı olduğuna baxmırlar. Bəzi işbazlar mənfəət əldə etməyə çalışan zaman belə yanlışlıqlara yol verirlər”.

İqtisadçı Bakı mağazalarında açıq şəkildə satışa çıxarılan bu kimi məhsulları ölkəyə gətirən şəxsləri gözləyən cəzadan da danışıb:

“Bu kimi nöqsanlara yol verən şəxslər mütləq cəzalandırılmalıdır. Cəzalanmasalar, belə halların davamı olacaq. Özünüz də şahidi olmusunuz ki, ölkədə üzərində erməni dilində məlumat olan məhsullar dəfələrlə satışa çıxarılıb. Media yazdıqdan sonra həmin məhsullar satışdan yığışdırılıb. Ancaq heç bir məlumat verilməyib ki, o məhsul ölkəyə necə ayaq açıb, satışa necə çıxarılıb. Əgər bu səhvə yol verən bir nəfər cəzalandırılsa, daha heç kəs bu kimi yanlışlığa yol verməz”.

Xatırladaq ki, Bakının “Freshmart” mağazasında İrəvan istehsalı olan şokoladların satılması faktı üzə çıxıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
236 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...