Onlar təkrar seçkidə eyni dairəni seçə bilməz?

Onlar təkrar seçkidə eyni dairəni seçə bilməz?

Mərkəzi Seçki Komissiyasının (MSK)13 fevral tarixli iclasında 4 seçki dairəsi – 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairələri üzrə səsvermənin nəticəsi etibarsız hesab olunub.

Bəzi saytlarda gedən məlumatlara görə, nəticəsi ləğv olunan dairələrdə lider namizədlər yenidən həmin dairədən namizədliyini irəli sürə bilməz.

Seçki məsələləri üzrə ekspert, MSK-nın keçmiş üzvü Akif Qurbanov isə Modern.az-a bildirib ki, deyilənlər yanlışdır.

“İstənilən şəxs namizədliyini irəli sürə bilər. Burada heç bir məhdudiyyət yoxdur. Hətta MSK-a tərəfindən qalibiyyəti ləğv olunan lider namizədlər yenidən, həmin dairədən öz namizədliyini irəli sürə bilər”, - deyə A.Qurbanov bildirib.

Qeyd edək ki, 33 saylı Xətai birinci seçki dairəsindən YAP-ın namizədi Hüseynbala Mirələmov, 35 saylı Xətai üçüncü seçki dairəsindən “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu, 74 saylı Lənkəran kənd seçki dairəsindən YAP-ın namizədi Hadi Rəcəbli və 80 saylı İmişli-Beyləqan seçki dairəsindən bitərəf Çingiz Qənizadə MSK-nın açıqladığı nəticələrə görə lider namizədlər idi. MSK həmin dairələr üzrə nəticələri ləğv edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
238 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...