DTX-nın əməliyyat keçirdiyi rayonun başçısı kimdir?

DTX-nın əməliyyat keçirdiyi rayonun başçısı kimdir?

Dövlət Təhlükəsizliyi Xidməti Neftçala Rayon İcra Hakimiyyətində əməliyyat həyata keçirdiyi barədə rəsmi məlumat yayıb.

Axar.az xəbər verir ki, hələlik detalları açıqlanmayan rəsmi məlumatda vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri keçirildiyi bildirilib.

Neftçala rayonunun icra başçısı İsmayıl Vəliyevdir.

İ.Vəliyev 31 oktyabr 1959-cu ildə Gəncədə anadan olub. 1981-ci ildə Bakı Dövlət Universitetini bitirib.

1985-1991-ci illərdə Azərbaycan SSRİ Ali Sovetinin Rəyasət Heyətinin bağışlama şöbəsində məsləhətçi, hüquq şöbəsində böyük məsləhətçi, baş mütəxəssis, Qanunvericilik və hüquq şöbəsində sektor müdiri vəzifələrində işləyib.

1991-1992-ci illərdə “İlk Bank” səhmdar-kommersiya bankının idarə heyətinin sədri, “Mejbankovskoye Obedinenie” səhmdar bankında bank şurasının sədri vəzifələrində işləyib. 1992-1994-cü illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində böyük məsləhətçi olub. Uzun müddət gömrük orqanlarında çalışıb.

2005-ci ildən 2005-ci il tarixədək “Petrogeoaz” məhdud məsuliyyəti cəmiyyətin baş direktoru vəzifəsində işləyib. Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2005-ci il tarixli sərəncamı ilə Qobustan Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

26 aprel 2011-ci ildən isə Neftçala rayonu İcra Hakimiyyətinin başçısıdır.

Ailəlidir, 2 övladı var.

Qeyd edək ki, İ.Vəliyev Azərbaycan Respublikasının ilk baş prokuroru İsmət Qayıbovun bacısı oğludur.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
73 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...