Rayonlardan Bakıya taksilər dördqat bahalaşdı

Rayonlardan Bakıya taksilər dördqat bahalaşdı
Novruz bayramında rayona tətilə gedənlərin Bakıdakı işinə qayıtmasında problem yaranıb.

Axar.az xəbər verir ki, Bakıda daimi işləyən və rayon qeydiyyatı olanlar paytaxta dönməyə nəqliyyat vasitəsi tapa bilmir. Elan edilmiş xüsusi rejim və bölgələrdən gələn avtobusların Bakıya buraxılmaması səbəbindən şəhərlərarası bütün avtobus, dəmir yolu səfərləri dayandırılıb. İndi həmçinin bölgələrdən Bakıya işləyən taksi də tapmaq olmur.

Bakıda işinə qayıtmaq istəyənlər bildirir ki, əyalətlərdən Bakıya işləyən tək-tük taksilər də gediş haqlarını artırıblar, daha doğrusu, buna məcbur olublar. Məsələn, Bərdədən və yaxud Ağstafadan qayıtmaq istəyən müştəridən sürücülər 50 manat civarında pul tələb edirlər. Buna səbəb müştərinin olmamasıdır. Ona görə sürücülər 4 adamın yerinə ödəniş etməyi tələb edir.

Qeyd edək ki, ötən gün Nazirlər Kabinetinin qərarı ilə bayram tətili uzadılıb və 29 mart-4 aprel tarixləri də qeyri-iş günü elan edilib. Ona görə də Bakıya qayıtmaq istəyənlər daha da azalıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
333 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...