Neft hasilatı kəskin azalacaq - KİV

Neft hasilatı kəskin azalacaq -

Dünyada neft hasilatı apreldən iyuna qədər azala bilər.

Axar.az xəbər verir ki, bu məlumatı “İHS Markit” konsaltinq şirkəti yayıb.

Məlumata görə, buna səbəb neft anbarlarının dolması və koronavirusla əlaqədar tələbatın azalmasıdır. Hasilat ixtisarı OPEK-ə üzv ölkələrin hamısında qeydə alınacaq. Ən böyük ixtisar isə ABŞ və Rusiyada yaşanacaq:

“Beynəlxalq Enerji Agentliyinin məlumatına əsasən, planetdə sutkalıq hasilat 100 milyon barreldir. İkinci rübdə sutkalıq hasilat 16,4 milyon barrelə qədər azalacaq. “Brent”in dəyəri 10 dollara qədər ucuzlaşa bilər. Bəzi istehsalçılar maya dəyərindən aşağı qiymətlərə endirəcəklər və istehlakçılara nefti almaları üçün özləri ödəniş edəcəklər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
299 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...