Yol polisindən XƏBƏRDARLIQ

Yol polisindən

Son günlər bölgələrdə mal-qaranın yaylağa köçürülməsi prosesinə başlanılıb. Təəssüf ki, köç prosesi bəzən asfalt örtüklü yollar vasitəsilə həyata keçirilir. Bu isə həm sürücülər, həm də mal-qara və onu ötürənlər üçün təhlükə yaradır, hətta bəzən yol-nəqliyyat hadisələrinə səbəb olur.

Oxu.Az xəbər verir ki, qanunvericiliyə müvafiq olaraq, mal-qaranı asfalt və sement-beton örtüklü yollarla ötürmək qadağandır, o cümlədən, sutkanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində dəmir yollarından, yolların, küçələrin, meydanların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən, habelə yolun hərəkət hissəsindən mal-qara ötürülməməlidir.

Baş Dövlət Yol Polisi İdarəsi mal-qara sahiblərinə xəbərdarlıq edərək, heyvanları asfalt və sement-beton örtüklü yollarla ötürmənin qadağan olduğunu, sürücülərə isə belə hallarla rastlaşarkən diqqətli olmağı və hərəkət sürətini minimuma endirməyin zəruri olduğunu bildirir.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
315 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...