“Ekologiya postu” sökülür

“Ekologiya postu” sökülür

Bakı-Sumqayıt yolunun üzərində yerləşən “Ekologiya postu”nun bu gündən söküntüsünə başlanılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, postun yolun genişləndirilməsi üçün nəzərdə tutulan tədbir planına uyğun olaraq sökülməsinə qərar verilib.

Hazırda postun yerləşdiyi yerdən bir qədər kənarda yeni bina tikilib və yaxın günlərdə istifadəyə veriləcək.

Postun sökülməsindən sonra yolun genişləndirilməsi və həmin hissədə sürət həddinin artırılması nəzərdə tutulur. Bununla da Bakı-Sumqayıt yolunda tıxacların azalacağı planlaşdırılır.

Foto: Vüsal Məmmədov



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
301 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...