Bakı polisindən jurnalistlərə müraciət

Bakı polisindən jurnalistlərə müraciət
Bakı Şəhər Baş Polis idarəsi dünən və bu gün Təhsil Nazirliyinin qarşısında keçirilən aksiyalara polisin müdaxilə etməsi ilə bağlı açıqlama verib.

Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”ya bildirib ki, xüsusi karantin rejimi, sanitariya-gigiyenanın həssas dönəmində toplantıların, aksiyaların keçirilməsinə məhdudiyyət tətbiq olunub:

“Dünən və bu gün Təhsil Nazirliyinin qarşısında bir qrup şəxs tərəfindən mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan icazəsiz aksiyalara cəhdlər göstərilib. Həmin aksiyaları işıqlandıran jurnalistlər, iştirakçılarla birgə xüsusi karantin rejimi qaydalarına zidd olaraq, COVID-19 infeksiyasının həssas dönəmində sanitar-epidemioloji normaların pozulmasına zəmin yaradıblar.

Jurnalistlər əhalinin sağlamlığının effektiv qorunması naminə ictimai yerlərdə sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan hallardan çəkinməli, vətəndaşlıq mövqeyi nümayiş etdirərək mövcud qaydalara əməl etməlidir. Tərəfimizdən jurnalistlərin sərbəst peşə fəaliyyətinin həyata keçirilməsi üçün əvvəlki dövrlərdə heç bir məhdudiyyət yaradılmayıb. İndiki halda, COVID-19 pandemiyası ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlər nəzərə alınmalı, polisin qanunu tələblərinə əməl olunmalıdır. Jurnalist həmkarlarımdan xahiş edirəm ki, sosial məsuliyyətimizdən irəli gələrək özümüzü, yaxınlarımızı və cəmiyyət üzvlərini qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət edək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
275 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...