Dünyanın bu ölkəsi də koronavirusdan QURTULDU

Dünyanın bu ölkəsi də koronavirusdan
Dünyanın daha bir ölkəsində koronavirus (COVID-19) xəstəsi qalmayıb.

Modern.az xəbər verir ki, Fici Aadaları Respublikasında infeksiyaya yoluxmuş 18 nəfərin hamısı sağalaraq evə buraxılıb. Beləliklə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Fici adalarını koronaviruslu ölkələr siyahısında sıfır göstərici ilə işarələyib.

Qeyd edək ki, bundan öncə Sent-Bartelemi, Folklend Adaları, Anguilla, Papua-Yeni Qvineya, Beliz, Yeni Kaledoniya, Farer Adaları, Mavriki, Qərbi Saxara, Sen-Pyer və Mikelon, Karib Niderlandı, Müqəddəs Lüsiya, Şərqi Timor, Kamboca, Eritreya, Fransa Polineziyası, Dominika, Sen Kits və Nevis Federasiyası, Montserrat, Seyşel Adaları, Makao, Müqəddəs Kitts və Nevis, Trinidad və Tobaqo Respublikası, Törks və Kaykos Adaları, Monteneqro, Aruba, Britaniya Vircin Adaları, Men adası və Qrenlandiyada koronaviruslu xəstə qalmayıb.

ÜST-ün məlumatına görə COVID-19 dünyanın 213 ölkə və bölgəsində qeydə alınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
324 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...