7 kilometri vuran snayper hazırlanır - Rusiyada

7 kilometri vuran snayper hazırlanır -

Rusiyada yeddi kilometr məsafədə hədəfləri vura biləcək unikal “DXL-5” snayper tüfənginin yaradılması işlərinə başlanılıb.

Bu barədə “RİA Novosti”yə sözügedən silahı hazırlamağı planlaşdıran “Lobaev Arms” şirkətinin baş direktoru Vladislav Lobayev danışıb.

Hazırda ən uzaq mənzilə sahib snayper tüfəngi sayılan “Sumrak” hədəfi 2.5-4.2 kilometr məsafədə vura bilir.

Lobayevin sözlərinə görə, 6-7 kilometr məsafəni vura biləcək snayper tüfəngi dünya bazarında hələlik mövcud olmayıb.

Tüfəng belə böyük məsafəyə imkan verəcək texnoloji yeniliklərdən istifadə olunan güllə ilə təchiz ediləcək.

Silahın 2021-ci ilin əvvəlində hazır olacağı ehtimalı var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
422 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...