Baş katib çağırış etdi: 1 milyarddan çox uşaq…

Baş katib çağırış etdi:

Koronavirus pandemiyası tarixdə ən böyük təhsil böhranına səbəb oldu. 160-dan çox ölkədə məktəblərin bağlanması bir milyarddan çox şagirdə təsir göstərdi.

Axar.az xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş bildirib.

Baş katib pandemiya səbəbiylə ən az 40 milyon uşağın kritik dərəcədə vacib məktəbəqədər təhsildən məhrum olduğunu bildirib.

Quterreş qeyd edib ki, hələ pandemiyadan öncə dünyada 250 milyondan çox uşaq məktəbdən kənarda qalaraq təhsil böhranı ilə üzləşib, inkişaf etməkdə olan ölkələrdə isə uşaqların yalnız dörddə biri orta məktəbi əsas bilik və bacarıqlarla bitirə bilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
365 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...