Qurban Qurbanov həbs olundu

Qurban Qurbanov həbs olundu

Dağıstanın hüquq-mühafizə orqanları Dərbənd rayonunun keçmiş rəhbəri Qurban Qurbanovu torpaq sahəsinin qanunsuz ayrılması işi üzrə həbs edib.

Virtualaz.org xəbər verir ki, bu haqda TASS Dağıstanın güc strukturlarındakı mənbəyə istinadən bildirir.

“Bu gün Qurbanovun evində axtarış keçirildi, o Mahaçqalaya dindirməyə aparıldı və bundan sonra saxlanılması barədə protokol tərtib olundu. Tədbir torpaq sahələrinin qanunsuz ayrılmasına dair cinayət işinin təhqiqatı çərçivəsində keçirildi”,-mənbə deyib. O, işin detallarını açıqlamayıb.

Dağıstan hüquq-mühafizə orqanları hələlik Qurbanovun saxlanılması ilə bağlı rəsmi məlumat yaymayıb. Q.Qurbanov 1998-2014-cü illərdə Dərbənd rayonuna başçılıq edib. 2014-cü ildə onu xidməti səlahiyyətlərini aşmaq ittihamı ilə saxlayıblar, 2017-ci ildə bu işi bağlayıblar. Hazırda Qurbanov Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dağıstan filialının rektorudur.

Dağıstan mənbələri bildirir ki, Qurbanov Dərbənd rayonuna başçılıq edərkən dövlət fondunda olan 56 hektar torpaq sahəsini “müxtəlif şəxslərə” verməkdə günahlandırılır.

Ötən həftə Dərbənd rayonunun başçısı səlahiyyətlərini icra edən Fuad Şıxiyev də mütəşəkkil cinayətkar qruplaşma formalaşdırmaq, mənimsəmə, torpaq sahələrinin qanunsuz satılması ittihamları ilə həbs edilmişdi. Habelə iş üzrə daha 9 fiqurantın, o cümlədən Xəzər kəndinin başçısı Nəsimi Mirzəyev də tutulub.

Qurban Qurbanovun saxlanılmasının Şıxiyevin işi ilə əlaqəli olub-olmadığı məlum deyil.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
146 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...