“Mən sağam və xaricə getməmişəm” - Lukaşenko

“Mən sağam və xaricə getməmişəm” -
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəni tərk etməsi ilə bağlı şayiələri təkzib edib.

Belarus lideri bu gün tikinti sənayesinin işinə həsr olunmuş iclasda respublikadan getməsi barədə yayılan məlumatlara münasibət bildirib.

“Başlanğıç üçün deyirəm, mən sağam, xaricə getməmişəm, çünki bəzi “hörmətli” şəxslər təbliğ edir ki, guya mən ölkəni tərk etmişəm və xaricdəyəm”.

“Bu gün avqustun 14-dür. Biz sizinlə inşaat sənayesinin işlərini müzakirə etmək üçün görüşürük” deyib.

Avqustun 9-da keçirilən prezident seçkilərindən sonra Belarusda tədricən təhlükəsizlik qüvvələri ilə toqquşmaya çevrilən kütləvi etirazlar başlayıb.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Lukaşenko 80,08% səslə seçkidə qalib gəlib. Vətəndaşlar səsvermənin hazırlanması və nəticələri ilə razılaşmadıqlarını söyləyirlər.

İcazəsiz hərəkətlər təhlükəsizlik qüvvələri tərəfindən gözyaşardıcı qaz, su şırnağı, səsboğucu əl qumbaraları və rezin güllələrdən istifadə edilməklə sərt şəkildə sıxışdırılıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, aksiyalarda ən azı bir nəfər ölüb. (konkret.az)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
558 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...