Daha bir nazirlik lisenziya verilməsini dayandırdı

Daha bir nazirlik lisenziya verilməsini dayandırdı


Mədəniyyət və Turizm Nazirliyi tərəfindən fiziki və hüquqi şəxslərə mehmanxana və turizm fəaliyyətlərinə xüsusi razılıq (lisenziya) verilməsi dayandırılıb.
Mədəniyyət və Turizm Nazirliyi mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Azərbaycan prezidentinin 19 oktyabr 2015-ci il tarixli “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” fərmanına əsasən, xüsusi razılıq (lisenziya) verilməsi xidməti İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən “ASAN xidmət” vasitəsi ilə təşkil ediləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
405 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...