Partiya sədri namizədliyini geri götürəcək – Seçki Dairəsində nə baş verir?

16 saylı Yasamal ikinci dairəsində nə baş verir?
Avrasiya.net-in məlumatınaa görə, 16 saylı Yasamal ikinci seçki dairəsindən namizədliyini irəli sürən, Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov, öz Facebook səhifəsində namizədliyini geri götürəcəyi ilə bağlı status paylaşıb.
O bunu, səhhətində yaranmış problemlə əlaqələndirsə də, onun sağlamlıq durumunda ciddi problemlərin olmaması diqqətçəkən məqamlardan biridir və paylaşılmış fikrin səmimiliyinə şübhə yaradır. Güman etdiyimiz qədər, seçki zamanı gözlənilən problemlər , onun nəticələri haqqında kifayət məlumatlara malik olması, onu bu addımı atmağa vadar edib. Qərarın qəti olmadığı fikrini paylaşan status müəllifi, yəqin ki, danışıqların nəticəsini gözləmə mövqeyi tutmağa üstünlük verir.
Onu da qeyd etmək yerinə düşərdi ki, bir qədər bundan əvvəl bəzi mətbuat orqanlarında həmən dairədən olan digər namizədlər – Aytən Mustafayeva ilə Taleh Şahsuvarlı arasında qarşıdurma da baş verib ki, bunu da sıradan və təsadüfi bir olay olaraq qəbul etmək düzgün deyildir. Ümumiyyətlə, müxalifət liderlərindən olan, Milli Şura sədri Cəmil Həsənlinin seçkilərlə bağlı olaraq tərtib etdiyi siyahıya nəzər salanda da Aytən Mustafayevanın artıq adı çəkilən dairədən “seçilmiş” bir namizəd olduğu qənaətinə gəlmək olar.
Görünən budur ki, partiya sədrini, məsələnin üstündən sükutla keçərək bu addımı atmasına səbəblərdən biri də bu ola bilər. Ümumiyyətlə götürdükdə, o səviyyədə, bu tip addımlar barədə ictimaiyyətə məlumat verilərək məsələnin mahiyyətinin açıqlanması məqbul sayılmır. Elşən Həsənovla əlaqə yaratmaq cəhdimiz alınmadığından, məsələ ilə bağlı vəziyyəti digər mənbələrlə aydınlaşdırmağı qərara almışıq. 16 saylı Yasamal ikinci seçki dairəsində baş verən hadisələri diqqət mərkəzində saxlayırıq.
421 dəfə oxundu