Ramin Hacılı şəxsi problemələri ilə əlaqədar Azərbaycanı tərk edib rəsmi Açıqlama

Ramin Hacılı şəxsi problemələri ilə əlaqədar Azərbaycanı tərk edib


Ümid Partiyasının sədr müavini Ramin Hacılının yeri müəyyənləşib. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, R. Hacılının şəxsi problemləri ilə əlqədar ölkədən getdiyi məlum olub və onun axtarışına xitam verilib.

R. Hacılının həyat yoldaşı, yazar Aysel Əlizadə də APA-ya açıqlamasında onun tapıldığını təsdiqləyib: “Ramin biraz əvvəl mənə zəng etmişdi. Azərbaycanı tərk etdiyini, problemlərini həll edəndən sonra qayıdacağını bildirdi. Artıq onun axtarışının dayandırılması ilə bağlı polisə məlumat vermişəm”.

Qeyd edək ki, R. Hacılının ötən axşamdan itkin düşməsi barədə xəbərlər yayılıb. Partiyanın sədri İqbal Ağazadə APA-ya açıqlamasında bildirib ki, R. Hacılının telefonu dünən gün boyu söndürülmüş vəziyyətdə olub, onunla əlaqə saxlamaq mümkün deyil.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
714 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...