"Azəriqaz" işçiləri necə aldadır - əmək müqaviləsi bağlayanda ehtiyatlı olun

"Azəriqaz" işçiləri necə aldadır -

İşəgötürənlə əmək müqaviləsi bağlayarkən diqqətli olun, sizi çox rahatlıqla işdən azad edə bilərlər. Axar.az xəbər verir ki, bu fikirlərlə Neftçilərin Hüquqlarını Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı çıxış edib. Hüquq müdafiəçisi Azəriqaz İB işçilərini əmək müqaviləsi imzalayarkən daha diqqətli olmağa çağırıb:

“Azəriqaz İB işçilərinin nəzərinə çatdırıram ki, işəgötürənlə əmək müqaviləsi bağlayarkən, müqaviləni diqqətlə oxuyub sonra qol çəkin. Həmin müqavilədə yazılmış: “İşçi təqaüd yaşına çatdığı halda, bir ay qabaq xəbərdarlıq olunaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilir” bəndi işçinin hüququnun məhdudlaşdırılmasıdır. Əmək qanunvericiliyində belə bir maddə yoxdur. Siz belə əmək müqaviləsinə qol çəkdiyiniz halda işəgötürən sizi çox rahatlıqla işdən azad edir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
424 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...