Qorxmaz Hüseynov keçmiş sədrə vəzifə verdi gözlənilməz təyinat

Qorxmaz Hüseynov keçmiş sədrə vəzifə verdi


Qorxmaz Hüseynov keçmiş sədrə vəzifə verdi. "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri Nizaməddin Rzayevə vaxtı ilə rəhbərlik etdiyi qurumda vəzifə verilib.

GUNDEMİNFO.AZ Mia.az-a istinadən xəbər verir ki, "Azərsu"da keçmiş sədr üçün yeni ştat da açılıb: "Nizaməddin Rzayev "Azərsu"da müşavir vəzifəsinə təyin edilib".

Məlumatda Nizaməddin Rzayevlə bağlı əmrin sədr Qorxmaz Hüseynov tərəfindən 1 həftə əvvəl imzalandığı da bildirilir.

Məlumat üçün onu da qeyd edək ki, 2005-ci ildə "Azərsu" ASC-nin sədri Oqtay Əsədovun Milli Məclisin sədri seçilməsindən sonra N.Rzayev onun postunun tutub. Ancaq o, bu vəzifədə 2011-ci ilədək karyerasını dürdürüb. 14 fevral 2011-ci ildə isə Prezident İlham Əliyev onu vəzifəsindən azad edərək, SOCAR-ın vitse-prezidenti Qorxmaz Hüseynovu "Azərsu" ASC-nin sədri təyin edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1785 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...