MTN AÇIQLAMA YAYDI

MTN AÇIQLAMA YAYDI


“Milli Təhlükəsizlik Nazirliyi tərəfindən digər hüquq-mühafizə orqanları ilə birlikdə Azərbaycanın milli maraqlarına və təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir”.

Bunu APA-nın Azərbaycan Milli Məclisinə keçiriləcək seçkilərlə bağlı təhlükəsizlik üzrə hansı işlərin aparıldığına dair sorğusuna cavab olaraq, Milli Təhlükəsizlik Naziliyinin İctimai Əlaqələr İdarəsinin rəisi Arif Babayev deyib.

Onun sözlərinə görə, əməliyyat şəraitinə nəzarət olunur: “Milli Təhlükəsizlik Nazirliyi ölkəmizin mənafelərinin və təhlükəsizliyinin etibarlı təmin olunması istiqamətində müsbət fəaliyyətini bundan sonra da davam etdirəcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
519 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...