Nazir əmr verdi: xəstəxanalarda yeni ştatlar açıldı

Nazir əmr verdi:


İlk dəfə olaraq Azərbaycanda tibb müəssisələrində klinik psixoloqlar fəaliyyət göstərəcəklər. Səhiyyə Nazirliyindən Axar.az-a verilən məlumata görə, nazir Oqtay Şirəliyev bununla bağlı əmr imzalayıb.

İlk olaraq elmi tədqiqat institutlarında, tibb mərkəzlərində, Respublika Klinik Xəstəxanasında, Respublika Perinetal Mərkəzində və s. yerlərdə Səhiyyə Nazirliyi tərəfindən psixoloq ştatı açılacaq. İlk klinik psixoloqlar adı çəkilən xəstəxanalarda fəaliyyət göstərəcək. Bu müəsissələrdə psixoloqların fəaliyyət göstərməsi ilə müalicəyə müasir və hərtərəfli yanaşma həyata keçiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
434 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...