İrəli, yalnız irəli! - Talış oğlunun erməniyə təpkisi

İrəli, yalnız irəli! -
Düşmən məkrindən əl çəkmir, Azərbaycanın müzəffər ordusunun döyüş meydanındakı ağlagəlməz uğurları qarşısında hər gün geri çəkilən, geri çəkildikcə hərbi texnikalarını, sursatlarını atıb, qaçan düşmən... “Humanitar atəşkəs” üçün dünya dövlətlərinə yalvaran, humanitar atəşkəs əldə olunan kimi şəhər və qəsəbələrimizi, dinc əhalini raket və artileriya zərbələrinə tutan qeyri-humanist düşmən... Və ən dəhşətlisi bilirsiz nədir? Bu düşmən bizimlə “gor qonşusu”dur...

... Mən yazıma düşmənin məkrli olmasından elə-belə başlamadım. Qarşımızda çox məkrli və çox hiyləgər bir düşmən var, elə bir düşmən ki, 1988-1992-ci illərdə ermənistandan azərbaycanlıları deportasiya edərkən bütün dünyaya “azərbaycanlılar ermənistanı öz xoşları ilə tərk edirlər” yalanını car çəkib, onları buna inandıra bildi. Bu düşmən o qədər məkrlidir ki, Xocalı soyqırımını “azərbaycanlılar törədib” demək iqtodarında oldu, bunu deməyə “qırmızılıqları” çatdı. Hansını deyim, hansı qalsın? Bunlar düşmənimizin məkrinin görünən tərəfləridir, mən bu yazımda bu məkrin görünməyən tərəflərindən yazacam...

...O gün görürəm ki, facebook hesabımdakı Respublika Talış Mədəniyyəti Mərkəzi səhifəsinə 4-5 sms gəlib, açdım, hamısının müəllifləri ermənilər. İlk fikrimdən keçən bu oldu ki, yəqin, Azərbaycan ictimaiyyətinə sülh danışıqları təklifini vermək istəyirlər, oxudum, gördüm ki, yox, elə öz məkrlərində də qalıblar, Azərbaycanda yaşayan qeyri-türk xalqlara “artsaxın şanlı ordusuna” təslim olmağı təklif edirlər. O “şanlı ordu”ya ki, hətta meyitlərini belə götürmədən döyüş meydanından qaçır. Adətim üzrə bir az yazışdım, yazışdım ki, görüm qablarında nə var, bidirdim ki, Azərbaycanda yaşayan qeyri-türk xalqlar, o cümlədən talışlar düşmənə təslim olmazlar, bu variant keçərli deyil, başqa nə təklifiniz var? İkinci təklif kimi silaha sarılıb, Azərbaycanda öz müqəddaratımızı təyin etmək təklifi oldu. “Axı silahımız yoxdur” cavabımdan sonra “axı artsaxda ermənilərlə döyüşənlərin çoxu talışlardır, silahı çevirsinlər Azərbaycana qarşı” “təklifi” gəldi. Bu təklif artıq bütün əndazələri aşmaq demək idi və “opponenti” yerində otuzdurmağın tam vaxtı idi və cavabım opponentə güllə kimi dəydi: “Talış Azərbaycana qarşı silah qaldırmaz, çünki Azərbaycan talışın VƏTƏNİDİR! VƏTƏN ANA, ANA isə QEYRƏT deməkdir, biqeyrətlər bunu başa düşməzlər, anlamazlar!” yazdım, yenə erməni məkrliyi keçdi “ön plana”, erməni opponent “əgər azad yaşamaq istəmirsizsə, onda ömrünüzün sonunacan məktəb, kitab dərdi çəkin” yazdı. Bu atmacanın qarşısına elə söz qoymalı idim ki, onlar bir daha bu mövzuya qayıtmasınlar və mükəmməl bir cavab yazdım: bu gün Azərbaycanın başı Qarabağ məsələsinə qarışsa da ibtidai siniflərdə talış dili dərsləri keçirilir, respublikada talış dilində 3 qəzet və 1 jurnal nəşr edilir, hər ay talış ədib və şairlərinin talış dilində yazdıqları yeni-yeni kitablar nəşr edilir, üstəlik dövlətimizin talış dilinin tətqiqi və inkişafı istiqamətdə xüsusi layihələri də vardır ki, sizin kimi “dost”lar bunu bilsəz çox rahatsız olacaqsız. Bizdən narahat olmayın, biz dövlətimizin yanında olduğumuz kimi, dövlətimiz də bizim yanımızdadır!... Və düşmən “dəqiq atəş” nəticəsində susduruldu!

...Düşmın sosial şəbəkəlrdə çox aktivdir, talış, türk, ləzgi, avar adları ilə hesablar, səhifələr yaradıb, Azərbaycandakı əmin-amanlığı pozmağa, bu xalqlar arasındakı qardaşlığı aradan qaldırmağa çalışırlar, düşmən nə qədər məkrli olursa-olsun, biz də bir o qədər ehtiyatlı olmalı, xalqlar arasında nifaq sala biləcək təxribatlara uymamalıyıq, çünki Azərbaycan hamımızın ümumi vətəni, ANAmızıdr, ANA isə müqəddəsdir, ANAmıza layiq övlad olmaq hər birimiz üçün şərəfdir! Arxa cəbhədə sabitlik, əmin-amanlıq və ən əsası xalqlar arasında qardaşlıq, birlik olması ordumuza möhkəm dayaqdır. Bu gün əminliklə demək olar ki, Azərbaycanın ŞƏRƏF tarixi yazılır və bu ŞƏRƏF tarixində hər birimiz – milli kimliyimizdən asılı olmayaraq, hökmən müzəffər ordumuzun və Ali Baş Komandanın yanında olmalıyıq.

Yeni zəfər müjdənizi gözləyirik Ali Baş Komandan! Yağı düşmənin üstünə İRƏLİ, Azərbaycan ƏSGƏRİ!

Qarabağ Azərbaycandır!

Rafiq Cəlilov
Respublika Talış Mədəniyyəti Mərkəzinin sədri



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
366 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...