“Kartla ödə, kartla qazan” lotereyasına start verildi

“Kartla ödə, kartla qazan” lotereyasına start verildi

Mərkəzi Bank nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə keçirilən növbəti “Kartla ödə, kartla qazan” lotereyasına start verir.

Mərkəzi Bankdan verilən məlumata əsasən, cəmiyyətdə nağdsız ödənişlərin aparılmasına ictimai marağın artırılması, rəqəmsal ödəniş vərdişlərinin formalaşdırılması və iqtisadiyyatda nağdsız dövriyyənin artırılması məqsədilə 1 noyabr tarixindən başlayaraq geniş əhali təbəqəsini əhatə edən növbəti “Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyaya start verilir.

Lotereya dövründə Azərbaycan Respublikasının ərazisində emissiya edilmiş bütün növ ödəniş kartları ilə ölkədə fəaliyyət göstərən təsərrüfat subyektlərində quraşdırılmış POS-terminallarda minimum 5 manat məbləğində nağdsız əməliyyat aparan kart istifadəçiləri avtomatik olaraq kampaniyada iştirak hüququ əldə edəcəklər.

Lotereyanın uduş məbləği 100 manat məbləğində nəzərdə tutulur və uduş fondu oynanıldıqdan sonra qalib olan şəxsin kart hesabına daxil ediləcək.

Lotereyada bütün növ ödəniş kartları, o cümlədən pensiya, əmək haqqı, təqaüd və təhsil kartları da iştirak edəcək. Lotereya dövründə ümumilikdə ölkə üzrə 900 nəfərin qalib olacağı planlaşdırılır.

Lotereya haqqında daha ətraflı məlumat Mərkəzi Bankın rəsmi internet səhifəsində xüsusi bölmədə yerləşdirilib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
73 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...