“Şahdəniz-2” layihəsində işləyən fəhlələr etiraza qalxdı ayriseçkiliyə görə
“Şahdəniz-2” layihəsinin GREENFİELD bölməsində çalışan yerli fəhlələr onlara qarşı olan ayrı-seçkiliyə etiraz olaraq bu günlərdə aksiyası keçiriblər. GUNDEMİNFO.AZ yazır ki, bu haqda Turan-a Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin (NHMK) sədri Mirvari Qəhrəmanlı bildirib. Onun sözlərinə görə, məsələyə AZFEN-TEKFEN Alyansı rəhbərliyi müdaxilə etdikdən sonra fəhlələri sakitləşdirmək mümkün olub.
Xəbərə görə, aksiya ilə bağlı SOCAR təmsilçiləri fəhlələrin iş yerinə gələrək şirkət rəhbərliyi ilə görüşüblər. M.Qəhrəmanlı fəhlələrin dünən işə buraxılmadıqlarını, araşdırma getdiyi üçün çərşənbə günü də işə buraxılmayacaqlarını söyləyib.
Komitə sədrinin sölzərinə görə, fəhlələrin etirazına səbəb Cem adlı (soyadı bilinmir, dəqiqləşdirə bilmədik) türk menecerin TEKFEN şirkətinə rəhbər təyin olunandan sonra yerli işçilərə münasibətdə yol verdiyi kobudluq və ayrı-seçkilikdir.
M.Qəhrəmanlı TEKFEN-AZFEN Alyansının “Şahdəniz-2” layihəsində BP-nin tərəfdaşı kimi çıxış etdiyi üçün baş verən hadisəyə görə BP-nin də məsuliyyətli olduğunu deyib. Bundan əlavə, komitə sədri Dövlət Neft Şitkətinin də məsuliyyəti olduğunu xatırladaraq qurumu nəzarəti həyata keçirməməkdə ittiham edib.
1219 dəfə oxundu