MTN-də yeni rəis təyinatı

MTN-də yeni rəis təyinatı


Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində yeni təyinat olub. GUNDEMİNFO.AZ lent.az-a istinadən xəbər verir ki, Azərbaycan milli təhlükəsizlik nazirinin birinci müavini, general-leytenant Mədət Quliyevin əmri ilə nazirliyin Hərbi Əks-kəşfiyyat Baş İdarəsinin rəisi vəzifəsi general-mayor Hafiz Musayevə həvalə olunub. H.Musayev bu təyinata qədər həmin idarənin rəis müavini olub. Xatırladaq ki, adıçəkilən idarənin rəisi Nizami Şirinov ötən gün M.Quliyevin əmri ilə tutduğu vəzifədən azad olunmuşdu.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
551 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...