Laçın şəhərinin görüntüləri - Video

Laçın şəhərinin görüntüləri -
Azərbaycan Müdafiə Nazirliyi Laçın şəhərinin videogörüntülərini yayıb. Qeyd edək ki, Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladıqları Bəyanata uyğun olaraq, bu gün Laçın rayonu Azərbaycana qaytarılır.

Xatırladaq ki, Laçın rayonu 18 may 1992 ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdu.

Gundeminfo.az həmin görüntüləri təqdim edir.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
285 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...