Yevlaxda 16 köçkün ailəsinin yaşadığı bina uçdu

Yevlaxda 16 köçkün ailəsinin yaşadığı bina uçdu


Yevlax rayonunda məcburi köçkünlərin məskunlaşdığı məktəb binası uçub. "Report"un məlumatına görə, hadisə rayonun Salahlı kəndində yerləşən peşə məktəbinin binasında baş verib. Uzun illərdi ki, məktəb binasında müvəqqəti məskunlaşan Səbahət Ziyafətdin oğlu Abdulrəhmanov ve Xeqani Heyder oğlu Cəfərovun yaşadığı mənzilin divarı uçub.

Məcburi köçkünlərin sözlərinə görə, dağıntıya səbəb yağışlı hava olub. İstismar müddəti başa çatan bina qəzalı vəziyətdə olsa da köçkünlər binada yaşamaq məcburiyyətindədirlər. Qeyd edək ki, həmin binada 16 köçkün ailəsi məskunlaşıb. Evləri uçan köçkünlər Kəlbəcər rayon sakinləridir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
288 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...