Malik Həsənovun mandatı təhlükədə

Malik Həsənovun mandatı təhlükədə


TİA.AZ-ın araşdırma qrupu deputat Malik Həsənov haqda bilgilər əldə edib. İddialara görə, onun MTN-nin sabiq şefi Eldar Mahmudovla şərikli biznesinin mətbuatda ictimailəşməsi işini çətinləşdirib. Sabiq MTN şefi ilə komitə sədrinin “Azinko” tikinti şirkəti üzərindən ortaqlıqları onun mandat alacağı şansını təhlükəyə atıb.

Seçicilərin onsuz da arzulamadığı deputatın yenidən parlament kürsüsündə oturacağı bu hadisələrdən sonra ümumiyyətlə, sual altındadır. Hacı kimi tanınan Cəlilabadın deputatından narazılığın olduğunu əslində, seçkiöncəsi aparılan araşdırmalar da təsdiqləyib. O, rayona yalnız ara-sıra gedir və heç kimin gözünə görünməməyə çalışır. Bütün iş-gücünü özünün biznesinin genişlənməsinə yönəldən M.Həsənov mandat daşıdığını daha çox şəxsi xarici səfərlərində yadına salır. M.Həsənovun deputatlığının hakim partiya üçün faydasızlığı YAP-ın yuxarı təbəqələrində də ciddi müzakirə mövzusudur. M.Həsənov isə yaxın ətrafına və dostlarına yenidən deputat olacağı barədə mesajlar verir. Malik Həsənov Cəlilabad şəhərində özünə seçki qərargahı üçün dəbdəbəli imarət də götürüb. Onbaşılar, yüzbaşılar da can-başla çalışır.

Malik Həsənov hətta sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin yaxın qohumlarına da minnətçi düşüb. Alar kəndində nüfuz sahibi olan Əliyevlər nəslinin bir sıra üzvləri ilə görüşlərə və təmasa cəhd edən Malik Həsənovun təşəbbüsləri uğursuzluqla nəticələnib. Cəlilabad şəhərindən olan bir qrup seçici TİA.AZ-a deyib ki, M.Həsənov bundan öncə seçki təşviqatı dönəmlərində bir qrup cəlilabadlını “AZINKO-Holdinq”ə işə düzəltməyə söz vermişdi. Ancaq seçkilərdən sonra rayonun yolunu unudan və camaatın problemlərini Allahın ümidinə buraxan deputat bu dəfə cəlilabadlıların qəzəbi ilə qarşılanıb. Qarşı tərəfi dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
905 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...