İrəvanda Konstitusiya islahatı əleyhinə mitinq başladı

İrəvanda Konstitusiya islahatı əleyhinə mitinq başladı



İrəvanın “Azadlıq” meydanında “Yox!” cəbhəsinin Konstitusiya islahatları əleyhinə təşkil etdiyi mitinq keçirilir. Modern.az Ermənistan mediasına istinadən bildirir ki, aksiyaya siyasi qüvvələr və ictimai təşkilatlar da qoşulublar. “İrs” partiyasının lideri Raffi Ovannisyan, “Təsis parlamenti” radikal təşəbbüs qrupunun rəhbəri Jirayr Sefilyan, Erməni Milli Konqresinin parlamentdəki deputatları da tribunaya toplaşıblar. Yağış altında keçirilən mitinqdə iştirakçılar çox deyil. Təşkilatçılar əmindirlər ki, hava şəraitinin pis olmasına baxmayaraq aksiyanı sonadək davam etdirəcəklər.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
232 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...