Buxarestdə partlayışda ölənlərin sayı 26-ya çatıb FOTOLAR

Buxarestdə partlayışda ölənlərin sayı 26-ya çatıb


Rumıniyanın paytaxtı Buxarestdə gecə klubunda baş verən partlayış nəticəsində ölənlərin sayı 26-ya çatıb, 150 nəfər xəsarət alaraq xəstəxanalara yerləşdirilib. APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, xəsarət alanlardan 25-in vəziyyəti ağır kimi qiymətləndirilir.

Hadisə zamanı Buxarestin “Colectivу” gecə klubunda 300-dən çox insan olub. Partlayışdan sonra klubda yanğın başlayıb.

İlkin versiyaya görə, insident pirotexnikadan düzgün istifadə olunmaması nəticəsində baş verib.

***

02:28

Bakı-APA. Rumıniyanın paytaxtı Buxarestdə baş verən partlayış nəticəsində 25 nəfər ölüb, 88 nəfər xəsarət alıb. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, hadisə gecə klublarından birində qeydə alınıb. Rumıniya daxili işlər nazirliyi faktı təsdiqləyib. İnsidentin təfərrüatları barədə hələ ki, məlumat verilmir.


Buxarestdə partlayışda ölənlərin sayı 26-ya çatıb
Buxarestdə partlayışda ölənlərin sayı 26-ya çatıb



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
398 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...