“Azərbaycanda ABŞ-da keçirilən seçkilərdən də yüksək səviyyəli seçki baş tutub”

“Azərbaycanda ABŞ-da keçirilən seçkilərdən də yüksək səviyyəli seçki baş tutub”


“Azərbaycanda keçirilən parlament seçkilərində müşahidəçi qismində iştirak etdim. Seçki prosesi xoşuma gəldi”. APA-nın məlumatına görə, bunu “Tool Shed Group”un rəhbəri, Amerika Yəhudi Komitəsinin ictimaiyyətlə əlaqələr üzrə keçmiş rəhbəri Ceyson Kats deyib.

O qeyd edib ki, təşkilatçılıq baxımından işlər yüksək səviyyədə görülüb: “İnsanlar seçkilərə yüksək səviyyədə hazırlaşıblar. Onlar seçki haqqında yaxşı məlumatlandırılmışdı. Hesab edirəm ki, ABŞ-da keçirilən seçkilərdən də yüksək səviyyəli seçki baş tutub. Bu seçkilər azad və şəffaf keçib”.

İsraildən olan müşahidəçi Arye Qut də Azərbaycanda parlament seçkilərinin şəffaf keçdiyini bildirib: “Azərbaycanda seçkilər çox demokratik keçib. İnsanlar özlərini çox rahat hiss edirdi. Hesab edirəm ki, Azərbaycanda ağır ritorikaya baxmayaraq, seçkilər şəffaf keçdi. Düşünürəm ki, ABŞ və Avropada başlayan anti-rikorikaya fikir vermək lazım deyil, Azərbaycan daxilən güclü olmalıdır. Azərbaycan öz yolunu davam etməlidir. Seçkilərdə heç bir təzyiq olmadı. Bu seçki Azərbaycanın demokratiya yolunda atılan ən uğurlu addımlardan bir idi”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
309 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...