Əli Əhmədov: "Sosial şəbəkələrdə seçki pozuntuları ilə bağlı yayılan video görüntülər ciddi araşdırılacaq"

Əli Əhmədov: "Sosial şəbəkələrdə seçki pozuntuları ilə bağlı yayılan video görüntülər ciddi araşdırılacaq"


"Sosial şəbəkələrdə seçki pozuntuları ilə bağlı yayılan video görüntülər düşünürəm ki, ciddi araşdırılacaq". APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi, baş nazirin müavini Əli Əhmədov deyib.

O qeyd edib ki, Mərkəzi Seçki Komissiyası bu faktları araşdırmalı, həqiqətən burda pozuntu aşkar edilərsə, ölçü götürməlidir: “Onu da deyə bilərəm ki, bu, rəqiblərimizin bizə qarşı düzəltdiyi görüntülər də ola bilər. Çünki Azərbaycanda "Exit-poll"un ilkin nəticələrinə və öz müşahidəçilərimizin də bizə verdiyi məlumatlara görə, seçki olduqca şəffaf keçib, ciddi pozuntu qeydə alınmayıb. Hətta sosial şəbəkələrdə təqdim olunan görüntülərin özü də elə böyük miqyasda pozuntular deyil. Bütün hallarda belə faktlar varsa, araşdırılıb ölçü götürülməlidir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
570 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...