MHP çökdü, HDP əridi, CHP yerində saydı: AKP-nin qələbəsi

MHP çökdü, HDP əridi, CHP yerində saydı: AKP-nin qələbəsi


Xəbər verdiyimiz kimi Türkiyədə parlament seçkiləri başa çatıb və səslər sayılmağa başlayıb.

Musavat.com xəbər verir ki, ilkin məlumatlar artıq açıqlanır. Yerli vaxtla saat 19:30-a olan nəticələrə görə AKP 50 faizə yaxın səs yığıb. HDP isə 10 faiz səs toplayıb. HDP-nin barajı keçməmə ehtimalı var.

Səslər sayıldıqca AKP-nun təkbaşına hökumət qurma şansı artır.

Səslərin yarıdan çoxunun sayılmasıyla ortaya çıxan siyasi mənzərə üç partiyada şok effekti yaradıb. CHP, MHP, HDP-nin səslərində azalma müşahidə olunub. Əsasən MHP-nin səslərində böyük geriləmə var. HDP 10 faizlik səddi çüzi səslə keçir.

Səslərin 93 faizi sayılıb.

AKP sədri Əhməd Davudoğlunun balkon çıxışı etməsi üçün hazırlıqlar görülür.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
332 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...