Seçkilər bitti - Etirazlar başladı VIDEO

Seçkilər bitti - Etirazlar başladı


Türkiyədə seçkilər qurtardıqdan sonra polislə etirazçılar arasında toqquşmalar baş verib. GUNDEMİNFO.AZ-ın Anspress-ə istinadən məlumatına görə, ən güclü ixtişaş Diyarbəkir şəhərində yaşanıb.


Polis etirazçılara dağılmaq barədə xəbərdarlıq edib. Buna məhəl qoymayan etirazçılar polisə hücum ediblər. Təhlükəsizlik qüvvələri daş atan nümayişçilərə bibər qazı ilə müdaxilə etmək məcburiyyətində qalib.

Etirazların davamı Xalqların Demokratik Partiyası (HDP)–nin Diyarbəkir nümayəndəliyinin qarşısında baş tutub.

Şanlıurfa şəhərinin Siverek rayonunda da seçki nəticələri açıqlandıqdan sonra şəhərin bir çox nöqtədən silah səsləri eşidilib. Silahlı insident nəticəsində bir nəfər qolundan yaralanıb.

Bu gün ölkədə seçkilər keçirilirdi. İğtişaşlar kürdyönümlü HDP-nın tərəfdarları tərəfindən təşkil edilib. HDP son iki seçkilərdə 10 faizlik baryeri aşaraq Türkiyə parlamentinə millət vəkili göndərə bilib.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
415 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...