“Üstümdən yük götürüldü” - Deputat Fərhad Qəribov

“Üstümdən yük götürüldü” -


Xəbər verdiyimiz kimi, “Texnika Bank”ın bir müddət əvvəl Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs edilmiş, sonradan isə azadlığa buraxılmış sabiq sədri Etibar Əliyev yenidən həmin bankın rəhbərliyinə qaytarılıb.

E.Əliyev həbsdə olduğu müddətdə nazir Eldar Mahmudov bankı qudası Cahangir Hacıyevə vermiş və adı dəyişdirilərək “Bank Technique” edilmişdi. C.Hacıyevin qısamüddətli rəhbərliyi vaxtında bank defolt vəziyyətə düşdü. Ekspertlər E.Əliyev təyinatını yüksək qiymətləndirərək bankın yenidən təkmilləşəcəyinə dair ümidli açıqlamalar verməkdədirlər. Maraqlıdır, məhz həmin dövrdə Fərhad Qəribovun rəhbəri olduğu və “Texnika Bank”la təxminən eyni aqibəti yaşayan “Debüt” kommersiya bankı da yenidən öz fəaliyyətini bərpa edə bilərmi?

Xatırladaq ki, Milli Məclisin deputatının adı 2 milyonluq vəsaitin yoxa çıxmasında hallandırılırdı. Bildirilir ki, deputata məxsus “Debüt” Kommersiya Bankı vasitəsilə dövlətin 2.96 milyon manatı yoxa çıxarılıb. Məsələ ilə bağlı Modern.az saytına danışan Fərhad Qəribov deyib ki, qətiyyən belə fikri yoxdur: “Mən bankı təhvil verəndə üstümdən yük götürüldü, çox sevindim”.
F.Qəribov sevincinin səbəbini kommersiya sahəsinin ağırlığı ilə izah edib: “Bank işi oluqca ağırdır. Ona görə bu sahəyə geri dönmək istəmirəm”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
349 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...