Azərbaycanda vaksin vurulmuş şəxslərə pasport veriləcək

Azərbaycanda vaksin vurulmuş şəxslərə pasport veriləcək

Məlum olduğu kimi, Nazirlər Kabineti “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nı qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, sənədə əsasən, ölkədə koronavirus əleyhinə vaksinasiya aparılan şəxslərin pasportlaşdırılması təmin ediləcək.

Beləliklə, vaksinasiyadan keçmiş şəxslərin cari qeydiyyatı və müşahidəsi üçün müəyyən pasportlaşdırma ehtiyaclarının qarşılanması nəzərdə tutulub. Sənəddə göstərilib ki, pasportlaşdırma vaksinasiyanın tətbiq edilməsi üçün tələb olunan dörd mütləq texniki şərtdən biridir.

Vaksinasiyanın tətbiq edilməsi üçün tələb olunan digər mütləq texniki şərtlər bunlardır:

- “Soyuq zəncir” şəraiti - vaksinlərin ölkəyə gətirilməsi, saxlanılması və məntəqələrə çatdırılması üçün tələb olunan xüsusi infrastrukturun qurulması;

- Məlumat bazası - COVID-19 vaksinasiyası üzrə genişməqsədli vahid məlumat bazasının (məs. e-Təbib üzərindən) hazırlanması və digər müvafiq məlumat bazaları ilə inteqrasiya edilməsi və məlumat bazasında toplanılan bütün məlumatların təhlil edilməsi;

- Vaksinasiya məntəqələrinin şəraiti – məntəqələrin tələb olunan ləvazimatlarla təmin olunması, heyətin təlimləndirilməsi və digər hazırlıq tədbirlərinin həyata keçirilməsi.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
253 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...