AzTV 5 min manat cərimələnib

AzTV 5 min manat cərimələnib
Milli Televiziya və Radio Şurası teleradio yayımçılarının mütəmadi monitorinqlərinin aparılması nəticəsində qanun pozuntusuna yol vermiş yayımçılar barəsində tətbiq edilən müvafiq sanksiya tədbirlərini açıqlayıb.

Şuradan Modern.az-a verilən məlumata görə, Şuranın 20 aprel 2020-ci il tarixli 4/1 saylı Qərarın əsasən ARB televiziya kanalının efiri 6 saatlıq, 6 may 2020-ci il tarixli 5/1 və 5/2 saylı Qərarlarına uyğun olaraq ATV və LİDER televiziya kanallarının efiri 1 saatlıq, 8 may 2020-ci il tarixli 6/1 saylı Qərarına əsasən SPACE televiziya kanalının efiri 1 saatlıq, 13 may 2020-ci il tarixli 7/2 və 7/3 saylı Qərarlarına uyğun olaraq XƏZƏR və ARB televiziya kanallarının efiri 1 saatlıq, 20 may 2020-ci il tarixli 8/1 saylı Qərarına əsasən SPACE televiziya kanalının efiri 3 saatlıq, 04 avqust 2020-ci il tarixli 9/1 saylı Qərarına əsasən SPACE televiziya kanalının efiri 3 saatlıq, 14 avqust 2020-ci il tarixli 11/1 və 11/2 saylı XƏZƏR və ARB televiziya kanallarının efiri 3 saatlıq, 17 avqust 2020-ci il tarixli 12/1 və 12/2 saylı ATV və LİDER televiziya kanallarının efiri 3 saatlıq müddətə dayandırlılmışdır.


Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.11-ci maddəsinə əsasən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AZTV kanalı) barəsində 08 may 2020-ci il tarixdə inzibati protokol tərtib edilərək müvafiq rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə tərəfindən qeyd olunan pozuntuya görə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-ə 5000 manat cərimə cəzası tətbiq edilmişdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
518 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...